logo

İ.Əliyev : Enerji sektoru Azərbaycan iqtisadiyyatında mühüm rola malikdir

Views: 512

Prezident İlham Əliyev hesab edir ki, enerji sektoru ölkənin əsas gəlir mənbəyi olaraq qalacaq.

“Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Enerji sektoru Azərbaycan iqtisadiyyatında xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir”, – deyə Əliyev bu gün Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bildirib.

“Hər kəs bunu bilməlidir ki, bu gün və bundan sonrakı illərdə qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur – neft və bu gün qaz. Ona görə bu, bizim üçün strateji əhəmiyyətli sahədir. Əlbəttə, mən çalışıram və bundan sonra da çalışacağam ki, bu sahə inkişaf etsin. Biz yeni neft kontraktlarının, yeni layihələrin işə düşməsi nəticəsində uzunmüddətli inkişafımızı təmin edəcəyik”, – deyə dövlət başçısı qeyd edib.

İ.Əliyev neftin qiyməti məsələsinə də toxunub. “Neft hasilatı, qaz hasilatı, dünya bazarlarında neftin qiyməti bizim üçün xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Təkcə bizim üçün yox, neft, qaz hasil edən, ixrac edən bütün ölkələr üçün əhəmiyyətlidir. Ona görə neftin qiymətinin bir dollar aşağı düşməsi milyonlarla dollar itki deməkdir. 2020-ci ildə neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycan bütün sosial layihələri reallaşdırmağa davam edib.

interfax

0

Your Cart