İyunun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) və Keyfiyyətin İdarə Edilməsi Sisteminin təşkilinə dair onlayn müşavirə keçirilmişdir.
Rövnəq Abdullayev korporativ idarəetmə sistemində aparılan islahatlardan bəhs etmiş, beynəlxalq neft-qaz şirkətlərinin qabaqcıl təcrübələrini SOCAR-da tətbiq etməklə, istehsalatda insan itkilərinə yol verməmək və əməyin mühafizəsinin maksimum səviyyədə gücləndirilməsinə çalışmağın bütün dövrlərdə ən vacib məsələ olduğunu vurğulamışdır.
COVİD-19 pandemiyası dövründə işçilərin sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də pandemiyanın bütün dünyada yaratdığı iqtisadi tənəzzül fonunda əməliyyat effektivliyinin daha da artırılması kimi çağırışlar şirkətdə köklü islahatların zərurətini daha da aktuallaşdırmışdır.