logo

Neft Fondu cari ildə “Şahdəniz” qazının satışından 100 mln dollar gəlir əldə edib

Views: 258

2007-ci ildən bu il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qazın satışından əldə etdiyi gəlirlər 2 milyard 834 milyon dollar olub.

Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, cari ilin yanvar-mart aylarında Neft Fondunun “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 100 milyon dollar təşkil edib.

azertag.az

0

Your Cart