logo

“Şimal axını” layihəsinə Kreml niyə önəm verir…

Views: 634

Rusiya 20 ildən artıqdır ki, “Şimal axını” layihələri üzərində israrla çalışır. Nə məqsəd güdür?

Şimal axını-1 layihəsi ilə ixrac, 10 mln m3-lə

“Gazprom”un “Şimal axını” layihəsi 1996-cı ildə gündəmə gəlib. Məqsədi keçmiş Sovet respublikalarından və Şərgi Avropa ölkələrindən yan keçməklə Rusiya qazının birbaşa Qərbi Avropa istehlakçılarına ixracını təmin etmək olub.

1997-2006-ci illərdə layihənin hazırlıq dövrü olub. 2007-ci ildən tender əməliyyatları və sifarişçilərin seçimi başlayıb. 2010-cu ilin 9 aprelində Baltik dənizində ilk tikinti işlərinə start verilib.

8 noyabr 2011-ci ildə “Şimal axını-1” layihəsi üzrə inşa edilən birinci kəmərlə qaz Almaniaya nəql edilib. İkinci kəmərlə qazın nəqli 8 oktyabr 2012-ci ildə başlayıb.

Hazırda “Şimal axını-2” layihəsi üzrə tikinti işləri gedir və onun 2019-cu ilin sonunda yekunlaşması planlaşdırılır. “Şimal axını 1 və 2” layihələri üzrə Rusiya 2020-ci ildən başlayaraq ildə 110 mlrd m3 qaz ixracı imkanları əldə etməyi planlaşdırır.

Caspian Barrel

Comments: 0

0

Your Cart