Hazırda SOCAR-ın xaricdən cəlb etdiyi kreditlərinin məbləği 460,6 milyon ABŞ dollarıdır.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.
Sənəddə bildirilir ki, hazırda SOCAR-ın dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş kreditlərinin məbləği 460,6 milyon dollardır.
Bununla yanaşı, Azərbaycanın daxili dövlət zəmanətli borcunun tərkibinə SOCAR-ın bir sıra qaz yataqlarında qazma işləri ilə əlaqədar həyata keçirdiyi layihələrin maliyyələşməsinə verilən 321,7 milyon manat da daxildir.