2001-2018-ci illərdə ARDNF-ə $142 mlrd.-dan çox vəsait daxil olub
2001-2018-ci illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) $142,1 mlrd. məbləğində vəsait daxil olub.
Bu barədə fondun icraçı direktorunun müavini İsrafil Məmmədov məlumat verib.
“2001-2018-ci illərdə ARDNF-ə $142,1 mlrd. məbləğində vəsait daxil olub. Bu vəsaitin 73%-i və ya $104,28 mlrd.-ı xərclənib, qalan 27%-i isə yığım təşkil edir”, – deyə o bildirib.
İ.Məmmədovun sözlərinə görə, 31 may 2018-ci il tarixinə fondun aktivləri $37,85 mlrd. təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna ARDNF-in aktivləri $35,8 mlrd. məbləğində olub.