Neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddəti 2019-2020-ci illərədək uzadıla bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılmasına dair saziş üzrə istehsal kvotasını azalda bilər : “Vyana sazişini pozmağa ehtiyac yoxdur. Ancaq bazarın necə formalaşdığı nəzərə alınaraq ölkələr üzrə istehsal kvotasını azaltmaq lazımdır. Artıq hədəfə nail olunub və neft bazarı sabitləşib”.
“LUKoil”un prezidenti Vyana sazişinin müddətinin 2019-2020-ci illərədək uzadıla biləcəyini istisna etməyib.