Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi – “SOCAR Turkey Enerji A.Ş” Türkiyənin ən yaxşı işəgötürən şirkətlərindən biri olub.
“SOCAR Turkey Enerji A.Ş”nin İnsan Resursları Departamentinin rəhbəri Dinar Məmmədova bildirib ki, şirkət bundan sonra da güclü işəgötürən marka şüarını daha yüksəklərə çıxarmaq üçün çalışacaq. O qeyd edib ki, şirkət mükafatı ikinci dəfə alır və işçilərin məmnuniyyət səviyyəsi 92%-ə qaldırılıb: “Biz “SOCAR Turkey”də etika dəyərləri ilə yanaşı, ədalətli, sağlam və etibarlı mühitin hakim olduğu bir iş mühiti təmin etməyi hədəfləyirik”.
Qeyd edək ki, “Great Place to Work” İnstitutu 60-dan çox ölkədə fəaliyyət göstərərək şirkətlərdə araşdırma aparır. Türkiyənin ən yaxşı işəgötürənləri müsabiqəsinə ümumilikdə 84 şirkət qatılıb.