logo

“SOCAR Georgia Gas” bu il təmirə $3 mln. sərmayə qoyacaq

Views: 385

“SOCAR Georgia Gas” bu il Gürcüstanda qazpaylayıcı şəbəkələrin təmir olunmasına 7 milyon lari (təqribən 2,860 milyon dollar) məbləğində investisiya yatıracaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov Tbilisidə keçirilən V Beynəlxalq “Caspian Energy Forumu”nda söyləyib.

Direktor deyib ki, “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda investisiya öhdəliklərini artıqlaması ilə yerinə yetirib. Bununla belə işlərini davam etdirir.

Biz bu il, eləcə də gələcəkdə kommersiya baxımından daha çox cəlbedici olan layihələri həyata keçirməkdə maraqlıyıq.

Comments: 0

0

Your Cart