ABŞ Prezidenti Donald Trampın qərarı İranın neft ixracına təsir göstərməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması rəsmi Tehranın neft ixracına təsir etməyəcək.
“İranın neft sektorunu inkişaf etdirmək üçün xarici investorlara ehtiyacı var. Lakin ABŞ-ın sanksiyalarından ötəri xarici investorlar İrandan uzaqlaşmağa qərar verdikləri təqdirdə ölkənin neft sektoru inkişafdan qalmayacaq. İranın neft hasilatının ilinin sonuna qədər eyni səviyyədə qalacağı gözlənilir”, – deyə Bijən Namidar Zəncənə əlavə edib.