logo

Layihə İdarəetmə Məktəbinə ümumilikdə $2 mln.-dan artıq vəsait xərclənib

Views: 402

BP-nin əməliyyatçısı olduğu “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qaz Boru Kəməri” layihələrindəki tərəfdaşları tərəfindən Layihə İdarəetmə Məktəbinə 2011-2018-ci illərdə 2 milyon dollardan artıq vəsait xərclənib.

AZƏRTAC xəbər verir ki, məktəbin iştirakçılarının sayı 377 nəfər, dinləyici sertifikatı almış şəxslərin ümumi sayı 357 nəfər, magistr sertifikatı almış şəxslərin ümumi sayı 334 nəfər, iştirakçıların təmsil etdiyi təşkilatların sayı isə 141 nəfərdir.

Layihə İdarəetmə Məktəbi BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” və “Cənubi Qaz Boru Kəməri” (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOIL, NICO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni tərəfindən 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi məqsədilə yaradılıb.

Comments: 0

0

Your Cart