logo

“Subsea 7 SA” “AÇG” blokunda və “Şahdəniz” yatağında təmirə cəlb olunub

Views: 317

Norveçin “Subsea 7 SA” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və “Şahdəniz” yatağında sualtı yoxlama, təmir və obyektlərin texniki xidməti üzrə “BP Exploration” şirkətinin podratçısı olub.

Bu barədə “Subsea 7 SA”-dan məlumat verilir. “Beşillik müqavilə çərçivəsində işlərə 2018-ci ilin mart ayında start veriləcək. Müqavilənin dəyəri $150 mln.-dan $300 mln.-a qədər dəyişir”, – məlumatda qeyd olunur.

Müqavilə Norveç şirkəti tərəfindən sualtı məsafədən idarə edilən aparatların işini təmin edən gəmi ilə təchizatı nəzərdə tutur.

Gəminin fəliyyəti layihənin idarə etmə qrupu və Bakıda sahildə yerləşən müəhəndislər qrupu tərəfindən dəstəklənəcək.

Interfax.az

 

Comments: 0

0

Your Cart