logo

2017-ci ildə ARDNF-nin mənfəət nefti və qazın satışından gəlirləri 23,5% artıb

Views: 439

2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində mənfəət nefti və qazın satışından gəlirləri $6 mlrd. 409,6 mln. (11 mlrd. 30 mln. manat) təşkil edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib. 2016-cı ildə PSA çərçivəsində mənfəət nefti və qazın satışından ARDNF-ə daxilolmalar $5 mlrd. 189,1 mln. təşkil edib. Beləliklə, 2017-ci ildə Fondun gəlirləri 23,5% artıb.

Xüsusilə, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” blokundan hasil olunan mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $6 mlrd. 228,8 mln., “Şahdəniz” yatağından hasil olunan mənfəət qazının satışından – $148 mln. təşkil edib.

Kürovdağ Qarabağlı yatağından hasil olunan karbohidrogen satışından ARDNF-ə daxilolmalar $5,61 mln., “Kürsəngi”yatağından – $1,028 mln., “Binəqədi” blokundan – $7,415 mln., “Zığ-Hövsan” yatağından – $3,84 mln., “Neftçala-Xıllı” yatağından – $0,797 mln., “Suraxanı-Qaraçuxur” yatağından – $5,598 mln., “Bahar-Qum-dəniz” yatağından – $0,404 mln., “Muradxanlı-Cəfərli-Zərdab” yatağından – $0,578 mln., “Balaxanı-Sabunçu-Ramanı-Kürdəxanı” yatağından – $7,5 mln. təşkil edib.

“2017-ci ildə “AÇG” bloklundan neft hasilatı 214,75 mln. barrel təşkil edib, bu da proqnozdan 1,4% çoxdur. Fondun büdcəsinin bu maddəsinin icrası müəyyənm edilmiş proqnozu 12,3% ötüb. Ötən il 1 barrel neftin orta ölçülmüş qiyməti $52,9 təşkil edib (ARDNF-nin büdcəsi neftin bir barreli üçün $40-dan hesablanıb)”, – hökumətdən qeyd ediblər.

Comments: 0

0

Your Cart