“Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 0,108 milyon ABŞ dolları məbləğındə əlavə bonus ödənilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, 2007-ci ildən bu vaxtadək isə Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.