BP və tərəfdaşları indiyədək Azərbaycandakı sosial layihələrə $75 mln xərcləyib
BP və tərəfdaşları bu vaxtadək Azərbaycandakı sosial investisiya layihələrinə 75 milyon dollardan çox vəsait xərcləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, BP və tərəfdaşları 2017-ci ildə Azərbaycandakı sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar vəsait xərcləyib. BP-nin özü isə Azərbaycanda həyata keçirdiyi layihələrə ötən il 5 milyon dollaradək vəsait sərf edib.