BP və onun tərəfdaşlarının Azərbaycan iqtisadiyyatına sərmayələri $69 mlrd.-ı ötüb
BP və onun Azərbaycanda həyata keçirilən layihələr üzrə tərəfdaşları tərəfindən $69 mlrd. məbləğində investisiya qoyuluşu həyata keçirilib. Bunu “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Azərbaycanda 25 illik fəaliyyət dövrü ərzində BP-nin operatoru olduğu layihələr çərçivəsində ölkə iqtisadiyyatına sərmayələrinin həcmi $66 mlrd.-dan artıq olub”, – B.Aslanbəyli Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda bildirib.
Vitse-prezidentin sözlərinə görə, bu dövr ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində 3,3 mlrd. barrel neft hasil edilib.
O həmçinin qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi çərçivəsində 89 mlrd. kubmetr qaz və 176 mln. barrel kondensat hasil olunub.