logo

Ötən il Azərbaycanda 28,6 mlrd m3 təbii qaz hasil edilib

Views: 152

2017-ci ilin dekabr ayında Azərbaycanda təbii qaz hasilatı 2 milyard 510,6 milyon kubmetr olub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Keçən il Azərbaycanda ümumilikdə 28 milyard 597,9 milyon kubmetr təbii qaz çıxarılıb.

Xatırladaq ki, 2016-cı ildə ölkədə 29 milyard 367,1 milyon kubmetr qaz hasil edilmişdi.

Comments: 0

0

Your Cart