Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) İspaniyanın “Tecnicas Reunidas” şirkəti tərəfindən həyata keçiriləcək yenidən qurulma işlərinə 800 milyon dollar xərclənməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın www.eleconomista.es portalı məlumat verir.
Portalın xəbərində qeyd edilir ki, Azərbaycandakı neft emalı zavodunun yenidən qurulması və modernləşdirilməsi ispan şirkəti tərəfindən həyata keçiriləcək. Xəbərdə “Tecnicas Reunidas” şirkətinin SOCAR ilə dəyəri 800 milyon dollar olan müqavilə imzaladığı və müqaviləyə əsasən, ispan şirkətinin 38 aya Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsini həyata keçirəcəyi bildirilir.
Modernləşmə nəticəsində Bakıdakı zavodun illik emal gücü 7,5 milyon tona çatdırılacaq və burada “Avro 5” standartına cavab verən benzin və dizel yanacağı istehsal olunacaq.