TANAP-ın Bosfor hissəsinin tikintisi başladı
Bu gün “Cənub qaz dəhlizi” layihəsi üçün önəmli bir hadisədir – TANAP qaz kəmərinin çəkilişi çərçivəsində borunun Asiyadan Avropaya keçidinə start verilib.

Mərmərə dənizində Transanadolu boru kəmərinin sualtı hissəsinin tikintisi başlayıb.
Trend-in məlumatına görə, Çanaqqala vilayətində boruların döşənməsi üzrə işlər başlanılıb.
Türkiyə mediasının yayadığı xəbərlərə görə, Panama bayraqlı altında üzən ”Sapurakencana 1200” adlı borudüzən xidmət gəmisi Mərmərə dənizinin dibinə boru düzməyə start verib.
TANAP-ın sualtı hissəsi 19 kilometr təşkil edir.
Qeyd edək ki, TANAP-ın tikintisi üzrə işlərin 82 faizi başa çatıb.