Neft bizim üçün nədir?
Azərbaycan iqtisadiyyatında neft amili xüsusi əhəmiyyət kəsb edir. Bunu cəmiyyət daha qabarıq şəkildə dünya bazarında neft qiymətlərinin kəskin artımı və enişi zamanı hiss edirlər.
Mərkəzi Bankın 2017-ci ilin I yarımilliyini əks etdirən Tədiyyə Balansına əsasən, hesabat dövründə Azərbaycanın ümumi ixracı 7,1 milyard dollar təşkil edib. Bunun 80,3%-i xam neft və neft məhsullarının, 9,7%-i isə təbii qazın payına düşüb. Həmin dövrdə ticarət dövriyyəsi 10,7 milyard dollar təşkil edib. Ticarət dövriyyəsində 3,5 milyard dollarlıq profisit yaranıb ki, bunun da 3 milyard dolları neft və qaz sektorunun payına düşüb.
İlham Şaban