Azərbaycanda neft və qaz hasilatı azalmaqda davam edir
I yarımillikdə Azərbaycanda neft hasilatı 9%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 19 mln. 161 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Birinci yarımillikdə respublikada 19 mln. 137 min ton əmtəə nefti (azalma 9%) hasil olunub.
Hesabat dövründə 9 mlrd. 343,2 mln. kubmetr qaz (azalma 0,2%) hasil olunub. Ümumilikdə isə, ölkə üzrə hasil edilmiş qaz həcmləri 14 milyard 115,2 milyon kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azdır.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.