logo

6-cı nəsil yarımdalma qazma qurğusu istismarda

Views: 852

Azərbaycan Prezidenti Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusunun açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimdə iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi funksiyalarını həyata keçirmək üçün “Azerbaijan Rigs” MMC yaradılıb. MMC-də ARDNF 90%, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 10% iştirak payına malikdir. Layihənin dəyəri $1 mlrd. 116,7 mln. təşkil edir.

2013-cü ilin iyun ayında “Caspian Drilling Company” (SOCAR – 92,44% və Heritage General Trading FZE – 7,56%) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar. Tikinti işləri “Keppel Fels” tərəfindən həyata keçirilib.

Qurğu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12,2 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulub. Onun avadanlıqları 14000 atmosfer lay təzyiqinə davam gətirmək qabiliyyətindədir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər.

Prezident İlham Əliyev açılış mərasimdə çıxışı zamanı bildirib ki, Heydər Əliyev yarımdalma qazma qurğusu perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. “Əminəm ki, biz tezliklə – bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər”, – deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, vaxtilə kontrakt imzalanmışdı, sonra ona xitam verildi. “Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var”, – deyə perezident bildirib.

Comments: 0

0

Your Cart