logo

“Gazprom” I rübdə uzaq xaricə qaz ixracını 15% artırıb

Views: 423

Rusiyanın “Gazprom” şirkəti 2017-ci ilin I rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz hasilatını 12,5% artıraraq  144.9 milyard kub metrə çatdırıb. Caspian Barrel bu haqda şirkətin məlumatlarına istinadən xəbər verir.

Şirkətin məlumatında qeyd olunur ki, rüb ərzində hasilat artımı 16,1 milyard kubmetr təşkil edib. İlin sonuna isə “Gazprom” qaz hasilat artımının davamlı olacağını gözləyir. 2016-cı ildə şirkətin qaz hasilatı 419,07 milyard kubmetr təşkil etmişdi.

Şirkət bildirib ki, I rüb ərzində “Qazprom”un uzaq xarici ölkələrə qaz ixracı 14,7% artaraq 58,5 milyard kubmetr təşkil edib.

Rusiya qazına artan tələbat yeni qaz kəməri “Nord Stream-2” üzərindən çatdırılması nəzərdə tutulan ölkələrdə müşahidə edilmişdir: Almaniya ixrac 18,7% artıb, Avstriyaya -68.5% və Danimarkaya- 30.5%.

Qeyd edək ki, mart ayında “Gazprom Export” şirkətinin rəhbəru Aleksandr Medvedev bəyan etmişdi ki, 2017-ci ildə “Gazprom” qaz ixracından gəlirlərinin 16% artırarar $ 35 milyarda çatdırmağı proqnozlaşdırır.

Rusiya Federal Antimonopol Xidmetinim hesabatına gore, mart ayinda “Gazprom”un uzaq xarice satdığı qazın orta qiyməti 1000 üçün $206 olub. Aprel ayının ilk ongünlüyü üzrə məlumatlar isə qazın qiymətinin $211-ə qədər bahalaşdığını göstərir.

Comments: 0

0

Your Cart