logo

Bu gün SOCAR-ın Bibiheybətdəki iməciliyinə 14 min neftçi qatılıb

Views: 543
SOCAR-ın “Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin Tədbirlər Planı”na uyğun olaraq, aprelin 8-də şirkətin idarə və müəssisələrində ənənəvi yaz iməciliklərinə başlanılmışdır.

Həmin gün SOCAR rəhbərliyinin nümayəndələri, Baş ofisin əməkdaşları “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-də keçirilmiş iməcilikdə iştirak etmişlər.

SOCAR mətbuat xidməti bildirir ki, “Azneft” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələri, “Azəriqaz” İstehsalat Birliyinin qaz istismar sahələri, “Azərikimya” İstehsalat Birliyinin zavodları, Qaz İxrac İdarəsi, “Neftqaztikinti” Tresti, Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölümləri, Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı zavodu, Geofizika və Geologiya, Marketinq və İqtisadi Əməliyyatlar, Təlim, Tədris və Sertifikatlaşdırma, Nəqliyyat və Sosial İnkişaf idarələri, eləcə də “Neftqazelmitədqiqatlayihə” institutu və şirkətin digər istehsalat kollektivləri bu ilin ağacəkmə kampaniyasına öz müəssisələrinin ərazilərində keçirilmiş iməciliklərdə start verib.

SOCAR-ın təxminən 14 000 əməkdaşının iştirak etdiyi 8 aprel iməciliyində 7500 ağac və gül kolu əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, sahələr alaq otlarından təmizlənmişdir. Əkilən ağacların arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə – şam, çinar, Avropa zeytunu, adi zeytun, Eldar şamı, eləcə də qızılgül və digər növ dekorativ gül kollarına üstünlük verilmişdir.

Ümumilikdə 2017-ci ilin aprel ayı ərzində SOCAR-ın idarə və müəssisələrinin ərazilərində keçiriləcək iməciliklərdə 14 515 ağac və gül kolunun əkilməsi planlaşdırılır.

Comments: 0

0

Your Cart