logo

Azərbaycanda neft hasilatı kəskin azalıb – Statkom

Views: 483
2017-ci ilin yanvar-mart aylarının nəticələrinə görə, Azərbaycanda hasil edilən əmtəəlik neft həcmləri 1 milyon 53 min ton azalıb. Bu haqda Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda bildirilir.

Caspian Barrel Statkomun məlumatına əsasən qeyd edir ki, I rüb ərzində ölkədə 9 milyon 464,5 min ton xam neft (o cümlədən kondensat da daxil olmaqla) hasil edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalma deməkdir.

Hesabat dövründə 9 milyon 453,2  min ton əmtəəlik neft hasil edilib. Ötən ilin müvafiq dövründə 10 milyon 506,2 min ton əmtəəlik neft hasil edilmişdi. Azalma tempi 9,9% təşkil edib.

Comments: 0

0

Your Cart