Türkmənistan İran və Çinə qaz ixracını 4% artıracaq
Reuters türkmən hökümətindəki mənbəsinə istinadən bildirir ki, Türkmənistan 2016-cı ildə İrana və Çinə ötən ilki 37 milyard kub metrə qarşı 38 milyard kub metr qaz satmağı planlaşdırır.
“Bu il biz İrana 8.5 milyard kub metr qaz,Çinə isə 30 milyard kub metrə qədər qaz ixrac etməyi planlaşdırırıq. Keçən il, müvafiq olaraq 9 və 28 milyard kub metr qaz ixrac edilmişdi”,- deyə o bildirib.
Mənbənin sözünə görə,ölkədə 2016-cı ildə qaz hasilatı 75 milyard kub metrə qədər artacaq.
2003-cü ildə imzalanmış müqavilə çərçivəsində Türkmənistandan təbii qaz alan Rusiyanın Qazprom şirkəti 2016-cı ilin yanvarında müqaviləyə xitam vermişdi.
Rus inhisarçısına görə,2015-ci ildə türkmən qazının alış həcmini demək olar ki,iki dəfə – 2014-cü ildəki 11 milyard kub metrdən 4 milyard kub metrə qədər azaldılmışdı.