Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək.
Trend-in “Ekathimerini” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib.
O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.
Xatırladaq ki, may ayında Bloomberg agentliyinin yayadığı xəbərə görə, Yunanıstan hökuməti DESFA-da satılan payın 66%-dən 49%-dək endirilməsi niyyətindədir. Belə ki, Yunanıstanın yeni hökuməti dövlət şirkətlərinin nəzarət paketinin hökumətdə qalmasını istəyir.