“LUKoil Niznevolzskneft” direktoru Nikolay Lyaşko bildirib ki, Lukoil 2015-ci ildə Şimali Xəzərdə yerləşən Vladimir Filanovski adına yatağın inkişafına 70 milyard rubl (orta illik kursla təqribən 1,1 milyard dollardan artıq) sərmayə yatırmağı planlaşdırır.
O qeyd edib ki,yatağım birinci və ikinci mərhələsinə yatırılan sərmayələr 115 milyard rubl təşkil edəcək. İkinci mərhələnin obyektləri Həştərxan vilayəti gəmiqayırma zavodlarında istehsal edilir.
Lyaşko qeyd edib ki,2014-cü ildə Yuri Korçaqin yatağında kommersiya istehsalına başlandıqdıqdan sonra 4 milyon ton neft istehsal edilib. Ötən il yatağın işlənməsi xərcləri 7 milyard rubl təşkil edib.
Filanovski və Korçaqin adına yatağlar Xəzər dənizinin rusiya sektorunun şimal hissəsində yerləşir. Korçaqin adına yatağda neft hasilatına 2010-cu ildə başlanılıb. Sahənin karbohidrogen ehtiyatları 3P neft ekvivalenti ilə 270 milyon bareldən çoxdur.
Filanovski yatağı 2005-ci ildə aşkar edilib. Yatağın neft ehtiyatları C1 və C2 kateqoriyasına görə 153.1 milyon ton neft və 32.2 milyard kub metr təşkil edir.