logo

SOCAR və KBR mühəndislik xidmətlərinin göstərilməsi üçün BM yaradır

Views: 242

kbrSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və KBR (ABŞ) mühəndislik xidmətləri üzrə birgə müəssisə (BM) yaradır. Bu barədə SOCAR-ın məlumatında bildirilir.

Birgə müəssisə Azərbaycanda fəaliyyət göstərəcək, ofisi Bakıda yerləşəcək.

Müəssisənin təsis edilməsinə dair sənədləri SOCAR-ın prezidenti Rövnəq Abddullayev və KBR-in icraçı direktoru Ctüart Bredi imzalayıblar.

Müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə) və tikinti xidmətlərini təmin etmək məqsədilə yaradılır.

KBR şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın pay bölgüsü sazişləri üzrə xidmət göstərir.

KBR, Inc. (əvvəllər Kellogg Brown & Root) mühəndislik, təchizat və tikinti xidmətləri göstərən Amerika şirkətidir.

KBR ABŞ Ordusunun və Müdafiə Nazirliyinin əsas təminatçılarındandır və “Halliburton” şirkətinin törəməsidir. Nəzarət paketini 1962-ci ildə əldə edib. Şirkətin baş ofisi Hyuston şəhərində yerləşir.

 

Comments: 0

0

Your Cart