Qazaxıstan-Türkmənistan-İran dəmir yolu istifadəyə verilib
Çərşənbə günü,dekabrın 3-də İran-Türkmənistan sərhədində Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun istismara verilməsinin təntəli açılış mərasimi keçrilib. Mərasimdə hər 3 ölkənin prezidenti iştrirak edib.
Dəmir yolunun uzunluğu 925 km-dir.İran ərazisi ilə dəmir yolun 85 km keçir. Dəmir yolunun türkmən sahəsinin uzunluğu 700 km,qazax sahəsinin uzunluğu isə 140 km-dir.
Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun inşası barədə saziş 3 dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanıb. Tikinti işləri 2009-cu ildə başlanılıb.
Qazaxıstan-Türkmənistan-İran dəmir yolu beynəlxalq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.
İlkin hesablamalara görə, dəmir yolu ilə ildə 3-5 milyon ton yük, perspektivdə isə 10-12 milyon tona qədər yük daşına bilər. Layihə Asiya İnkişaf bankının (AİB) və İslam İnkişaf Bankının (İİB) köməyi ilə həyata keçrilmişdir.