Qazaxıstan-Türkmənistan-İran dəmiryolu 2014-cü ildə istismara veriləcək
Türkmənistan dövlət başçısı Qurbanqulu Berdımuhammedov Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Bodrumda görüşü zamanı bildirib ki, Qazaxıstan-Türkmənistan-İran dəmir yolu 2014-cü ildə istismara veriləcək.
Türkmənistan hökümətinin məlumatında bildirilir ki, Türkmənistan prezidenti Qazax həmkarını dəmiryolunun açılış mərasimində iştirak etmək üçün ölkəsinə dəvət edib.
Məlumatda o da bildirlir ki,dəmir yolu “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissəsidir və təkcə regional deyil, həmçinin qlobal əhəmiyyətə malikdir.
Bundan əlavə dəmir yolunun istifadəyə verilməsi tranzit mallarının modul bölüşdürülməsinə imkan verəcəki ki, bu da öz növbəsində avtomobil, dəniz yolu və hava nəqliyyatından dəmir yoluna keçməyə imkan verəcək.
“Şimal-Cənub” layihəsi 2007-ci ildə Türkmənistan, İran, Qazaxıstan arsında imzalanmış müqavilə əsasında həyata keçrilir. 2013-cü ildə Qazaxıstan-Türkmənistan sərhədində dəmir yol xətlərinin birləşdirlməsinə başlandı. Hazırda isə İran və Türkmənistan ərazisindən keçən dəmir yolu sahəsində işlər aparılır.
İlkin hesalamalara əsasən, ilk illərdə bu dəmir yolu ilə 3-5 milyon ton yük daşınacaq, gələcəkdə isə yükdaşımaların həcmi 10-12 milyon tona çata bilər.