logo

Türkmənistanda “Bəxtiyarlıq” layihəsi çərçivəsində ikinci qaz emalı zavodu istismara verilib

Views: 395

Turkmenistan Gas Pipline Map_ras7 mayda Türkmənistanda” Bəxtiyarlıq” Çin-Türkmənistan neft-qaz layihəsi çərçivəsində Lepab vilayətində qaz emalı zavodu istismara verilib. QEZ-nin gücü ildə 9 milyard kub metr təşkil edir.

8 mayda isə “Qalkanış” yatağında 30 milyard kub metr əmtəəlik qaz istehsal edəcək zavodun açılışı gözlənilir.

Hər iki obyektin tikintisi  2030-cu ilədək ölkənin “Neft və Qaz Sənayesi inkişaf Proqramı” əsasında həyata keçrilib. Proqram çərçivəsində nəzərdə tutulur ki,2030-cu ilə qədər ölkədə neft hasilatı 110 miyon tona,qaz hasilatını isə 250 milyard kub metrə çatacaq.

“Bəxtiyarlıq neft-qaz layihəsi  əsasında 2007-ci ildə Çinin CNPC şirkəti və Türkmənistan Prezidenti yanında Karbohidrogen Ehtiyatlarının İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyini arasında imzalnmış Hasilatın Pay Bölgüsü Sazişi əsasında yaradılıb. Layihə amudərya çayının sağ sahilini əhatə edir.

Layihə çərçivəsində lepab vilayətində Samantəpə və Altın Asır neft və qaz yatağlarının işlənməsini nəzərdə tutur. Blokun ehtiyatları 1.3 trilyon kum metr qaz,20 milyon ton neft və 20 milyon ton qaz kondensatıdır. Bəxtiyarlıq layihəsinin operatoru CNPC şirkətidir.

Comments: 0

0

Your Cart