Rusiya hökümətinin internet saytında nəşr edilmiş materiallara görə, hökümət güzəştli vergiyə tutulan Korçaqin yatağından hasil edilən neftinin həcmini artırıb.
Güzəştli vergiyə tutulan Korçağin neftinin həcmi 1.522 milyon tondan 25.159 milyon tona qədər artırılıb.
Yuri Korçaqin adına neft yatağı Xəzərin şimal hissəsində yerləşir və Həştərxandan 180 km, Mahaçqaladan isə 240 km aralıdadır. Sahədə dənizin dərinliyi 11-13 metrdir. 3P kateqoriyası üzrə neft ehtiyatlarının həcmi 500 milyon bareldir.