Rusiyanın Energetika Naziri Aleksandr Novak bildirib ki, Avropaya Rusiya enerjisindən imtina etmək çətin olacaq.
“Avropa Birliyinin idxal etdiyi 475 milyon ton neftin 200 milyon tonu Rusiyanın payına düşür. Yəni asıllıq təxminən 40% təşkil edir”, – deyə nazir dəqiqləşdirib.
“Avropada bir çox neft emalı zavodları Rusiyanın Urals markalı neftinin emalı üçün inşa edilib. Rusiya neftindən imtina etmək üçün böyük həcmdə sərmayə yatırmaq lazımdır ki, zavodlar başqa neftə istiqamətlənsin”, – deyə nazir bu çətinliyin texniki və maliyyə mürəkkəbliyini açıqlayıb.
Nazirin sözlərinə görə, bü gün bazar balanslaşdırılıb və hər hansı bir bu cür hərəkətlər neft və qaz bazarında disbalans yarada bilər ki, bunun da iqtisadi nəticələri sanksiya tərəfdarları üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Onun sözlərinə görə, ”Rusiya qazından və neftindən imtina etmək mümkün deyil və bir çox Avropa şirkətləri sanksiyaların tətbiqinə qarşıdır”, – deyə o fikrini yekunlaşdırıb.