Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Şirkət Amerikadakı neft hasilatı layihəsində operator qismində çıxış edəcək

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
167
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” bu gün ABŞ-ın Texas ştatının Hyuston şəhərində Midland yaxınlığında yerləşən, hazırda istismar edilən dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını tamamladığını elan edib.

Satın alınmış aktivlərin tərkibinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir. “GL Group”, həmçinin həmin aktivlərin tam operatorluğunu rəsmi olaraq öz üzərinə götürüb.

Bu sövdələşmə “GL Group”-u ABŞ-da istismarda olan hasilat aktivlərinə sahib olan və onları operator kimi idarə edən ilk Azərbaycan şirkətlər qrupu edib. Bu, Azərbaycanın özəl neft-qaz sektoru üçün tarixi mərhələ olmaqla yanaşı, “GL Group”-un ABŞ enerji sənayesinin mərkəzində mövcudluğunu təmin edir.

Perm hövzəsində yerləşən satın alınmış aktivlər “GL Group”-u ABŞ-ın ən böyük neft-qaz hasilatı regionunda və dünyanın quruda neft-qaz fəaliyyəti üzrə əsas mərkəzlərindən birində mövqeləndirir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsi təxminən 223 min kvadrat kilometr ərazini əhatə edir.

2025-ci ildə hövzədə gündəlik təxminən 6,6 milyon barel xam neft hasil olunub ki, bu da ABŞ-ın ümumi neft hasilatının təxminən yarısına və qlobal xam neft hasilatının 8%-dən çoxuna bərabərdir. Eyni zamanda, hövzədə 2025-ci ildə gündəlik təxminən 27,6 milyard kub fut əmtəəlik təbii qaz hasil olunub ki, bu da ABŞ-ın əmtəəlik qaz hasilatının təxminən 23%-ni və qlobal təbii qaz hasilatının təxminən 7%-ni təşkil edir.

Bu miqyasda, yüksək texnoloji səviyyəyə və intensiv rəqabət mühitinə malik hövzədə hasilatda olan aktivlərin həm sahibi, həm də operatoru olmaq “GL Group” üçün mühüm mərhələdir. Bu satınalma “GL Group”-un 2024-cü ildə Türkiyənin neft-qaz hasilatı bazarına daxil olmasından sonra beynəlxalq inkişaf strategiyasının uğurlu icrasına töhfə verir.

Texasdakı satınalma “GL Group”-un ABŞ-da və digər beynəlxalq neft-qaz bazarlarında gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Bu satınalma bir ildən artıq davam edən ciddi qiymətləndirmənin, tərəfdaşlıq əlaqələrinin diqqətlə qurulmasının və komandanın liderliyi, peşəkarlığı, intizamı və işə sadiqliyi sayəsində məqsədyönlü şəkildə həyata keçirilmiş yeni bazarlara giriş strategiyasının nəticəsidir.

Bu, “GL Group”-un strateji, əməliyyat və investisiya məqsədlərinin həyata keçirilməsində mühüm mərhələdir.

“Bu, “GL Group”-da hər kəs üçün qürurverici andır. Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətli baxışımızı əks etdirir və ABŞ-da davamlı inkişafımız üçün güclü platforma yaradır”, – deyə “GL Group”-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib. “Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik” – deyə o, qeyd edib.

“GL Group” haqqında

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Tags: Asif ZeynalovGLGL Group

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
В США представлена азербайджанская разработка GL Group по применению искусственного интеллекта в сейсмических исследованиях
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025
Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.