Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
161
BAXIŞ
Share on FacebookShare on Twitter

Abşeron layihəsi üzrə Birgə Müəssisə – TotalEnergies, SOCAR və XRG – Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin (ƏMSSTQ) ictimaiyyətə açıqlandığını elan etməkdən məmnundur. Bu açıqlama Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi barədə” 1175 saylı, 12 iyun 2018-ci il tarixli qanununun, ətraf mühit və sosial sahə üzrə beynəlxalq fəaliyyət standartlarının tələblərinə və BM-in layihənin şəffaf və məsuliyyətli qaydada işlənməsini təmin etmək öhdəliyinə uyğun olaraq həyata keçirilir.

ƏMSSTQ hesabatının layihə variantının açıqlanması üçün aşağıdakı ünvanlarda ictimaiyyət ilə məsləhətləşmə xarakterli iki görüş təşkil edəcəkdir:

  • 02 aprel 2026-cı il, saat 10:00 – 13:00: Landmark III Biznes Mərkəzi (Konfrans otağı), Bakı,

  • 03 aprel 2026-cı il, saat 10:00 – 13:00: Səngəçal Mədəniyyət Evi

ƏMSSTQ sənədinin layihə variantının çap olunmuş nüsxəsini aşağıdakı ünvanlardan əldə edə bilərsiniz:

  • Landmark III Biznes Mərkəzi – Lobbi – Nizami küçəsi 90A – Bakı,
  • Səngəçal Mədəniyyət Evi – Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Suvorov küçəsi,
  • Azərbaycan-Fransız Universiteti – Lobbi – Nizami küçəsi 183 – Bakı.

ƏMSSTQ sənədinin layihə variantı aşağıdakı saytddan yüklənə bilər:

https://totalenergies.com/fr/azerbaidjan/absheron-ffd-esia

Sizinlə yuxarıdakı ünvanlarda keçiriləcək görüşlərdən birində şəxsən görüşməyi səbirsizliklə gözləyirik. 

ƏMSSTQ sənədinin açıqlanmasında məqsəd:

  • Abşeron layihəsinin əhatə dairəsi, fəaliyyətləri və gözlənilən təsirləri barədə məlumat vermək,
  • Maraqlı tərəfləri, o cümlədən, hökumət orqanlarını, yerli icmaları, QHT-ləri və ümumi ictimaiyyəti layihənin ətraf mühitə və sosial sahəyə təsirləri barədə məlumatlandırmaq,
  • İctimaiyyətin ƏMSSTQ sənədini nəzərdən keçirməsinə və rəylərini, narahatlıq doğuran məsələləri və ya tövsiyələrini bölüşməsinə imkan yaratmaqdır.

Layihə barədə ümumi məlumat:

Abşeron qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.\

1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcəkdir.

 

 

 

Tags: Abşeron qaz yatağıAbşeron-2 layihəsiAbsheron gas fieldTotalEnergies

Eyni kateqoriyadan Digər materiallar

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
TotalEnergies: В Азербайджане впервые в мире будет применена…
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
“Abşeron” yatağında hasilat platformasının üst modullarının quraşdırılmasına hazırlıq gedir
Azərbaycan

“Abşeron” yatağının ikinci fazası üzrə layihə işlərinə başlanılıb

24/02/2025
Эмиратская ADNOC стала акционером каспийского газового проекта
Azərbaycan

ADNOC şirkətinin “Abşeron” layihəsinə daxil olma prosesi başa çatıb

29/04/2024
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Azərbaycan

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

21/12/2023
TotalEnergies Announces Start of Production in the Absheron Gas Field in Azerbaijan
Azərbaycan

Bu il “Abşeron” yatağında qaz hasilatı 700 milyon kubmetri ötəcək

25/10/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.