Çərşənbə axşamı, Mart 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

bp Qırmakıaltı lay dəstindən qaz hasilatının qısamüddətli olmasını planlaşdırır

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
401
BAXIŞ
Share on FacebookShare on Twitter

Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda “Qərbi Çıraq” platformasından qazılan qaz quyusundan əldə edilən məlumatların çox böyük əhəmiyyəti olub. Bunu “Caspian Barel”ə açıqlamasında bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

ACG Oil Fields | INPEX CORPORATION

Onun sözlərinə görə, məhz həmin quyunun qazılması nəticəsində AÇG blokundakı sərbəst təbii qaz ehtiyatlarının gələcək işlənməsi üçün bp və tərəfdaşları çox qiymətli məlumatlar əldə ediblər.  

“Bu quyunun qazılması ilə hazırda istismar edilən neft laylarının altında yerləşən iki prioritet qaz layına çıxış əldə etmək mümkün olub. Bunlardan biri daha dayazda yerləşən Qırmakıüstü Qumlu lay dəstidirsə, digəri daha dərin qatlarda olan Qırmakıaltı lay dəstidir”, deyə Aslanbəyli bildirib.

Vitse-prezident vurğulayıb ki, cari ilin I yarısında sərbəst qaz ehtiyatlarının hasilatı Qırmakıaltı lay dəstindəki təbii qazın çıxarılması ilə başlayacaq.

“Lakin Qırmakıaltı lay dəstindən hasilatın qısamüddətli olması planlaşdırılır və yalnız sınaq işlərinin aparılması üçün həyata keçiriləcək. Bundan sonra qaz hasilatının Qırkakıüstü Qumlu lay dəstindən həyata keçirinləsinə başlanılacaq”, deyə Aslanbəyli izah edib.

Onun sözlərinə görə, Qırkakıüstü Qumlu lay dəstindən qaz hasilatının başlanması 2026-cı ilin II yarısı üçün nəzərdə tutulub.   

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilib. bp-nin açıqlamasına görə, STQ ehtiyatlarının 4 trilyon kub futadək (təqribən 113 mlrd kubmetr) olduğu düşünülür.

  • Hazırda AÇG müqaviləsi üzrə layihənin iştirakçıları bu şirkətlərdir: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), İTOCHU (3,65%), ONGCVidesh (2,92%).
Tags: AÇGBPBP AzerbaijanBəxtiyar Aslanbəylideep-gassərbəst təbii qaz

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.