Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
23
BAXIŞ
Share on FacebookShare on Twitter

Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürücülük gücünün genişləndirilməsi üçün 2025-ci il bazar sınağının qeyri-məcburi fazasının yenidən nəzərdən keçirilməsi dövrü 16 yanvar 2026-cı il tarixinə qədər açıqdır.

Bu barədə “Report”a “Trans Adriatik Pipeline” (“TAP AG”) konsorsiumundan bildirilib.

“Bu müddət ərzində bütün maraqlı tərəflər 2025-ci ilin iyul-sentyabr aylarında tələblə bağlı qəbul edilmiş qeyri-məcburi müraciətləri yenidən nəzərdən keçirə bilərlər.

Həmin dövrdə yeni iştirakçılar da Tələbin qiymətləndirilməsi hesabatının (Demand Assessment Report, DAR) hazırlanması zamanı nəzərə alınmaq üçün bazar sınağı çərçivəsində qeyri-məcburi müraciətlər təqdim edə bilərlər. Sənəd üç qaz nəqli sisteminin operatoru [İtaliyanın SRG və Yunanıstanın DESFA şirkətləri ilə birgə – red.] tərəfindən birgə dərc ediləcək”, – konsorsium dəqiqləşdirib.

“TAP AG” qeyd edib ki, əgər DAR-da bazar testinin məcburi fazasına keçidin məqsədəuyğunluğu təsdiq olunarsa, qaz kəmərinin növbəti genişləndirilmə mərhələsinə bir şərtlə başlanılacaq ki, ötürmə gücü üçün yetərli sayda məcburi uzunmüddətli müraciət təqdim edilsin.

Bazar sınağı çərçivəsində daxil olan məcmu məcburi müraciətlər yekun investisiya qərarı qəbul edilməzdən əvvəl mütləq şəkildə iqtisadi məqsədəuyğunluq testindən (Economic Viability Test, EVT) keçəcək.

Bundan başqa, “TAP AG” xatırladıb ki, yanvarın 1-dən kəmərin ötürmə gücü əlavə olaraq ildə 1,2 milyard kubmetr genişləndirilib ki, bu da Xəzər qazının Avropaya nəqlinə başlanmasından beş il sonra baş verib. Konsorsiumun qiymətləndirmələrinə görə, bu, TAP-ın etibarlılığını və Avropaya qaz tədarükünün şaxələndirilməsində əhəmiyyətli rolunu bir daha təsdiq edir.

“2024-cü ilin yanvarında başlayan genişləndirmə işləri vaxtından əvvəl və təsdiqlənmiş büdcə çərçivəsində, cari qaz təchizatında fasilə olmadan və bütün təhlükəsizlik tələblərinə riayət olunmaqla başa çatdırılıb”, – konsorsium qeyd edib.

“TAP AG”dən bildirilib ki, bu, layihənin yüksək səviyyədə planlaşdırılmasını və əməliyyat dayanıqlılığını nümayiş etdirir:

“Genişləndirmə çərçivəsində yeni kompressor aqreqatları quraşdırılıb, həmçinin Kipoi kompressor stansiyasında mövcud infrastruktur modernləşdirilib”.

Konsorsium vurğulayıb ki, TAP-ın Yunanıstandakı sistemlərarası birləşmələri, eləcə də qaz kəmərinin İtaliyada quruya çıxış nöqtəsi yükgöndərənlər üçün digər Avropa bazarlarına geniş giriş imkanları təmin edir.

Bu günədək Trans-Adriatik Qaz Kəməri vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulub. Uzunluğu 878 km olan və 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilmiş qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.

Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmalara əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə ən azı 20 milyard kubmetrə çatmalıdır.

Tags: boru kəmərigenişləndirməqaz ixracıTAPTAP AG

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.