Çərşənbə, Sentyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
172
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

Bu barədə Caspian Barrel SOCAR-a istinadən xəbər verir. Dünya İqtisadi Forumu çərçivəsində mükafat SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.

Bu nailiyyətin zavodda istehsalatın rəqəmsallaşdırılması və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayan M. Cabbarov deyib: “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: “Rəqəmsal Mayak” mükafatını alaraq “Qlobal Mayak” şəbəkəsinə üzv qəbul olunması şirkətimizin transformasiya strategiyasının təzahürüdür. Bu, eyni zamanda rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin azaldılmasını nümayiş etdirir. Biz SOCAR üzrə bu imkanların miqyasını genişləndirərək təhlükəsiz, səmərəli və dayanıqlı əməliyyatlar sahəsində yeni etalonlar müəyyənləşdirməyə davam edəcəyik”.

Son üç il ərzində həyata keçirilən sistemli transformasiya və innovasiya yönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın ən iri və nüfuzlu şirkətləri sırasında fərqlənərək 2025-ci ildə ilkin olaraq finalçılar sırasında yer alıb, növbəti mərhələdə Dünya İqtisadi Forumunun təmin etdiyi ekspertlər tərəfindən yerində qiymətləndirmə aparılıb və nəticə olaraq “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib və “Rəqəmsal mayak” mükafatına layiq görülüb.

Qeyd edək ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub. Eyni zamanda, “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu nailiyyəti qazanan ilk zavoddur. Bununla yanaşı, müəssisə dünyada bu mükafatı əldə etmiş ilk gübrə zavodudur.

Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, “SOCAR Karbamid”in fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsi, süni intellekt modellərindən istifadə, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsi genişləndirilib.

Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən “ağıllı” zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər “qapalı dövriyyəli avtonom proses” idarəetməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21 %, təbii qazdan istifadə səmərəliliyini isə 24 % yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19 %, proses tullantılarında 72 %, planlaşdırılmamış dayanma müddətində 82 % azalma əldə edilib. Həmçinin əməkdaşların 70 %-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.

Xatırladaq ki, 2018-ci ildə təsis olunan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. Süni intellektdən və digər 4-cü Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən, istehsalat sahələrində və dəyər zəncirlərində yüksək nəticələr əldə edən, innovativ yanaşmalar sayəsində əməliyyat effektivliyini artıran, ətraf mühitə təsiri azaldan və bazar dəyişikliklərinə daha çevik reaksiya vermək imkanı qazanan şirkətlər bu şəbəkəyə qoşulmaq imkanı əldə edir. “Global Lighthouse Network” platforması üzv müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək, yeni əməkdaşlıqlar qurmaq üçün əlavə imkanlar yaradır.

Tags: Karbamid zavoduSOCAR CarbamideSumqayıt

Eyni kateqoriyadan Digər materiallar

Sumqayıtda Etilen-Polietilen Zavodunda yanğın başlayıb
Azərbaycan

Sumqayıtda Etilen-Polietilen Zavodunda yanğın başlayıb

13/06/2023
SOCAR-ın Karbamid zavodu artıq tam gücü ilə işləyir
Azərbaycan

SOCAR-ın Karbamid zavodu artıq tam gücü ilə işləyir

21/07/2021
“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi
Azərbaycan

“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi

06/11/2020
SOCAR Karbamid Zavodu istismara verildi
Azərbaycan

SOCAR Karbamid Zavodu istismara verildi

16/01/2019
SOCAR unveils revenues on countries
Azərbaycan

Bu il SOCAR 419 mln. manat kredit götürüb

09/07/2018
Карбамидный завод SOCAR выйдет на прибыль к 2026 году
Azərbaycan

Karbamid zavodunda sınaq-sazlama işlərinə başlanılacaq

30/03/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.