Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

Qaz alqı-satqısı sazişinin müddəti iki ildir

13/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
22
BAXIŞ
Share on FacebookShare on Twitter

Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış saziş iki il müddətinə nəzərdə tutulub.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb.

“Təbii qazın alınması ilə bağlı növbəti saziş: bu dəfə Azərbaycanla, iki il müddətinə və 800 milyon kubmetr həcmində olacaq”, – o bildirib.

Onun sözlərinə görə, Macarıstan və Azərbaycan arasında əməkdaşlıq Budapeştin enerji təhlükəsizliyi risklərini azaldır və təchizatın uzunmüddətli diversifikasiyasını gücləndirir.

SOCAR MVM ONEnergy ilə qaz təchizatına dair yeni saziş imzalayıb

Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MVM ONEnergy” şirkəti arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MVM ONEnergy” arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.

10 dekabr 2025-ci il tarixdə Bakıda SOCAR prezidenti Rövşən Nəcəfin “MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüşündə Azərbaycan qazının Macarıstana tədarükünə dair saziş imzalanıb.

SOCAR-ın yaydığı məlumata görə, 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Həmçinin SOCAR bildirb ki, təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.

Xatırladaq ki, SOCAR və “MVM CEEnergy” 2023-cü ilin iyun ayında 100 milyon kubmetr qazın tədarükü haqqında müqavilə imzalayıb. Tədarükə 2024-cü ilin aprel ayında başlanılıb.

Bundan başqa, “MVM Group” “Şahdəniz” layihəsində 5 %, “South Caucasus Pipeline Company”də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralının operatoru) 4 % paya malikdir.

Caspian Barrel

 

Tags: Azərbaycan qazıMacarıstanMVMPeter Siyartoqaz alqı-satqısıqaz SazişiSOCAR

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.