Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
США призвал Туркмению  выходить на газовый рынок ЕС
23
BAXIŞ
Share on FacebookShare on Twitter

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) qaz nəqlindən əldə etdiyi gəlirin 2025-2028-ci illər ərzində illik təxminən 1,5 milyard ABŞ dolları səviyyəsində sabit qalacağını proqnozlaşdırır.

Bu barədə “Report” agentliyə istinadən xəbər verir.

“Kapital xərcləri 2025-2028-ci illərdə orta hesabla ildə təxminən 0,2 milyard ABŞ dolları təşkil edəcək”, – məlumatda qeyd olunub.

“Fitch”in məlumatına görə, 2025-ci il avqustun 31-nə SGC 2,3 milyard ABŞ dolları pul vəsaiti və depozit, həmçinin “SOCAR Capital” ilə xəzinə sazişi çərçivəsində 1,5 milyard ABŞ dolları vəsaitə malik olub.

Bildirilib ki, 2026-cı ilin mart ayında 2 milyard ABŞ dolları məbləğində avroistiqrazlar ödənilməlidir. “Fitch” şirkətin öhdəliklərini mövcud vəsaitlər hesabına yerinə yetirəcəyini gözləyir. 2025-2028-ci illərdə borcun ödənilməsi bank kreditləri üzrə yalnız mülayim amortizasiya ödənişlərini (ildə təxminən 0,12 milyard ABŞ dolları) nəzərdə tutur.

“SGC-nin borcu 2 milyard ABŞ dolları məbləğində avroistiqrazlar və 2032–2046-cı illərdə ödənilmə müddəti olan 1,5 milyard dollar məbləğində beynəlxalq inkişaf banklarının kreditləri daxildir. Kreditorlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiyalar Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı var”, – məlumatda bildirilib.

“Fitch”in qiymətləndirməsinə görə, şirkətin qaz nəqlindən əldə etdiyi EBITDA mütləq rəqəmlərlə sabit qalacaq, lakin onun ümumi EBITDA-dakı payı artacaq. Bu göstərici 2024-cü ildəki təxminən 60 % ilə müqayisədə 2027-ci ilə qədər təxminən 80 %-ə çatacaq.

SGC-nin “upstream” seqmenti “Şahdəniz” yatağının təbii ehtiyatlarının tükənməsi fonunda hasilatın tədricən azalmasına məruz qalır. Bu seqment, həmçinin qaz və neft qiymətlərindən asılıdır. Çünki müqavilə həcmlərinin əhəmiyyətli hissəsi xammal məhsulları kotirovkalarına bağlıdır. “Fitch” 2025-2028-ci illərdə EBITDA-nın hasilat seqmentində və onun payının azalmasını (2024-cü ildəki təxminən 40 %-dən) proqnozlaşdırır. Bu da həm həcmlərin azalması, həm də xammal qiymətlərinin gözlənilən enişi ilə bağlıdır.

Agentlik qeyd edib ki, SGC-nin bazar mövqeyi Avropanın qaz mənbələrini şaxələndirmək səyləri və Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) Aİ Qaz Direktivinin ayrı-ayrı müddəalarından azad olma statusu verilməsi də daxil olmaqla, iri infrastruktur layihələrinə siyasi dəstəklə güclənir. Şirkət həmçinin Türkiyənin inkişaf edən qaz bazarına çıxış əldə edir. Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) və TAP ötürücülük qabiliyyətini artırmaq imkanına malikdir.

“Biz proqnozlaşdırırıq ki, EBITDA üzrə xalis leverec 2025-2028-ci illərdə orta hesabla 0,5x (2024-cü ildə 0,3x) təşkil edəcək ki, buna da pul axınlarının sabit şəkildə formalaşması və kapital xərclərinin aşağı səviyyədə olması töhfə verir. Biz gözləyirik ki, 2026-cı ildən başlayaraq SGC formalaşan illik vəsaitin böyük hissəsini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətə dividend şəklində yönləndirəcək”, – Fitch bildirir.

“Cənub Qaz Dəhlizi”ndə 49 % pay dövlətə, 51 % pay isə Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. “Cənub Qaz Dəhlizi” Xəzəryanı regiondan Avropaya qazın nəqli üçün inşa edilib. Azərbaycan 2020-ci il dekabrın 31-də SGC vasitəsilə qaz ixracına başlayıb.

Azərbaycan qazına tələbatın artmasını nəzərə alaraq, Avropaya təchizat üçün TANAP və TAP qaz boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması hesabına Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlaşdırılır.

Tags: Fitch RatingsSOCAR Capital“Cənub Qaz Dəhlizi” QSC

Eyni kateqoriyadan Digər materiallar

SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
Azərbaycan

SOCAR istiqraz sahiblərinin qazancı $6 mln-u ötdü

01/05/2023
“Fitch”: OPEC+ qərarı neftin qiymətinə təkan verəcək
Maraqlı Xəbərlər

“Fitch”: OPEC+ qərarı neftin qiymətinə təkan verəcək

06/01/2021
SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır
Azərbaycan

SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır

23/06/2020
Azərbaycan

“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib

18/04/2020
“Fitch Ratings” “CQD” avrobondlarının xarici valyutadakı reytinqini təsdiqləyib
Azərbaycan

“Fitch Ratings” “CQD” avrobondlarının xarici valyutadakı reytinqini təsdiqləyib

13/03/2020
“Fitch Ratings”: Koronavirus daha da yayılarsa neft tələbatı azala bilər
Maraqlı Xəbərlər

“Fitch Ratings”: Koronavirus daha da yayılarsa neft tələbatı azala bilər

04/02/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.