Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Çinin İran neftinə qayıdışının mənası
28
BAXIŞ
Share on FacebookShare on Twitter
Deniz Yaşayan, “Caspian Barrel” üçün Türkiyədən yazır 

Çinin İrandan neft alışlarını yenidən sürətləndirməsi, qlobal enerji bazarlarında qiymət hərəkətlərindən kənara çıxan geosiyasi nəticələr yarada biləcək bir inkişafdan xəbər verir. Pekin rəhbərliyinin ötən ayın sonlarında özəl neft emalı zavodları üçün yeni idxal kvotası mərhələsi açmasından sonra Çinli müstəqil emalçıların İran xam neftini quru anbarlarından və açıq dənizdə gözləyən tankerlerden çəkməyə başlaması, sanksiyalarla formalaşmış enerji nizamında tarazlıqların yenidən tənzimləndiyini göstərir. Bu proses Çinin enerji təchizatı təhlükəsizliyi, İranın sanksiyaları aşma qabiliyyəti və Qərbin iqtisadi təzyiq alətlərinin effektivliyi baxımından diqqətlə təhlil olunmalı bir mənzərə təqdim edir.

Pekinin nəzarətli elastikliyi

Çinin neft idxalında tətbiq etdiyi kvota sistemi təkcə texniki tənzimləmə deyil, eyni zamanda enerji bazarını makroiqtisadi və diplomatik hədəflərlə uyğun şəkildə yönləndirmə alətidir. Dövlətə məxsus olmayan emalçıların idxal edə biləcəyi neft həcmini məhdudlaşdıran bu sistem Pekinə tələb və qiymət balansı üzərində birbaşa nəzarət imkanı verir. Son bölgünün təxminən 20 özəl emalçı üçün 7–8 milyon ton səviyyəsində həyata keçirildiyi barədə qiymətləndirmələr Çinin bu dəfə bazara məhdud, lakin kritik bir “nəfəs sahəsi” açdığını göstərir.

Şandunq mərkəzli emalçıların gömrük nəzarətində olan anbarlardan İran xam neftini çəkməyə başlaması bu elastikliyin sahədəki ilk əks-sədası kimi qiymətləndirilə bilər. Lakin mənbələrin vurğuladığı kimi, çıxarılan neftin əhəmiyyətli hissəsi yeni kvota elan edilməzdən əvvəl satın alınmışdı. Bu detal Pekinin ani siyasət dəyişikliyindən çox, əvvəlcədən planlaşdırılmış və vaxtlaması diqqətlə hesablanmış bir addım atdığını düşündürür.

“Teapot” emalçıları

Çinin özəl neft emalı zavodları (bazar terminologiyasında “teapot” adlandırılan obyektlər) İran və Rusiya kimi sanksiyalara məruz qalan istehsalçılar üçün demək olar ki, əvəzolunmaz alıcı bazası yaradır. Bu emalçıların ucuz xam neftə olan asılılığı onları sanksiyalı neftin təbii müştərisinə çevirir. İran neftinin Brent markası ilə müqayisədə barel üzrə 8–9 ABŞ dolları endirimlə təklif edilməsi bu iqtisadi motivasiyanı daha da gücləndirir. Avqust ayında bu endirimin təxminən 4 dollar səviyyəsində olduğu nəzərə alındıqda, İranın getdikcə daralan alıcı bazası qarşısında qiymətləri daha aqressiv şəkildə aşağı salmaq məcburiyyətində qaldığı aydın görünür.

Bununla belə, teapot emalçıların manevr imkanları məhdudiyyətsiz deyil. Tükənmiş kvotalar, zəif emal marjaları və sanksiyaların yaratdığı logistik risklər bu müəssisələrin ilin son rübündə alışlarını azaltmasına səbəb olmuşdu. Vortexa-nın qiymətləndirməsinə görə, ümumi tələbin ilin sonuna qədər sakit qalması ehtimal olunur. Bu isə sanksiyaya məruz qalan xam neftin dənizdə yığılmağa davam edəcəyinə işarə edir.

Sanksiyaların sərhədləri

Kpler məlumatlarına əsasən, dənizdə gözləyən İran nefti yüklü tankerlerin həcminin 54 milyon bareli aşaraq son iki yarım ilin ən yüksək səviyyəsinə çatması sanksiyaların təklif tərəfində necə bir tıxanma yaratdığını açıq şəkildə ortaya qoyur. Çin sahilləri yaxınlığında gözləyən İranla əlaqəli iki supertankerinin bu həftə yüklərini boşalda bilməsi bu yığılmanın qismən azaldılmağa başlandığını göstərsə də, problemin struktur xarakteri qorunub saxlanılır.

Bu mənzərə Qərb sanksiyalarının İranı tamamilə sistemdən kənarlaşdırmaqdan çox, neft axınını daha mürəkkəb və baha başa gələn hala gətirdiyini göstərir. İran nefti bazardan tam silinmir, lakin endirimli qiymətlərlə və məhdud alıcılar vasitəsilə dövriyyəyə daxil olur. Çinin bu prosesdə oynadığı rol sanksiyaların qlobal enerji bazarında necə “deşildiyini” və ya elastikləşdirildiyini anlamaq baxımından kritik əhəmiyyət daşıyır.

Çin üçün enerji təhlükəsizliyi

Pekinin İran neftinə yenidən yer açmasının arxasında təkcə iqtisadi deyil, strateji səbəblər də dayanır. Dünyanın ən böyük neft idxalçısı olan Çin təchizat təhlükəsizliyinin şaxələndirilməsini əsas prioritetlərindən biri kimi görür. Yaxın Şərqdəki geosiyasi qeyri-müəyyənliklər, Qırmızı dəniz və Hörmüz boğazı kimi kritik keçid nöqtələrindəki risklər Pekini mümkün olan hər mənbədən neft təmin etməyə sövq edir.

Bu kontekstdə İran nefti Çin üçün iki üstünlük təqdim edir. Birincisi, qiymət üstünlüyü hesabına emalçıların xərc təzyiqini azaldır. İkincisi isə ABŞ sanksiyalarına baxmayaraq davam etdirilən bu ticarət Pekinin Vaşinqtona qarşı iqtisadi və diplomatik manevr imkanlarını genişləndirir. Çin İrandan neft alaraq birbaşa qarşıdurmaya getmədən sanksiyaların faktiki təsirini məhdudlaşdıran balans siyasəti yürüdür.

Səssiz, amma dərin “sürüşmə”

Çinin İrandan neft alışlarını yenidən artırması qlobal enerji bazarlarında qısamüddətli qiymət təsirlərindən xeyli artıq məna daşıyır. Bu inkişaf sanksiyaların effektivliyi, Çinin enerji diplomatiyası və İranın iqtisadi “nəfəs alma” qabiliyyəti baxımından mühüm ipucları təqdim edir. Pekin kvota sistemi və özəl emalçılar vasitəsilə həyata keçirdiyi bu nəzarətli açılımla həm daxili bazarını tarazlayır, həm də qlobal enerji nizamında özünəməxsus elastiklik sahəsi yaradır.

Yaxın dövrdə həlledici sual belə olacaq: Çin bu alışları müvəqqəti bir rahatlama addımı kimi saxlayacaq, yoxsa İran neftini enerji təhlükəsizliyi strategiyasının daimi elementi halına gətirəcək? Bu sualın cavabı təkcə enerji bazarlarını deyil, eyni zamanda sanksiyaların gələcəkdəki caydırıcılıq gücünü də birbaşa təsirləndirəcək.

 

Tags: ÇinDeniz Yaşayanenerji tədqiqatıneft sözdələşməsiИран

Eyni kateqoriyadan Digər materiallar

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək
Rusiya

Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək

18/12/2023
Azərbaycan Çinə “Bir kəmər, bir yol” boyunca nə təklif edir?
Azərbaycan

Azərbaycan Çinə “Bir kəmər, bir yol” boyunca nə təklif edir?

18/10/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.