Cümə axşamı, Oktyabr 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu genişləndirir

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
54
BAXIŞ
Share on FacebookShare on Twitter

1 dekabr 2025-ci il tarixində Şimali Makedoniyadakı özəl və sənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə başlanılıb. Bu hadisə Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “M-Gaz” və “CNG Systems” şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. 2024-cü ildən etibarən Bolqarıstanda uğurla tətbiq olunan təşəbbüsə bənzər olaraq, Şimali Makedoniyada da pilot virtual qazlaşdırma layihəsi reallaşdırılıb. Yeni layihə Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirməklə yanaşı, region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Şimali Makedoniyadakı layihə ənənəvi qaz şəbəkəsinə qoşulmayan sənaye və yaşayış istehlakçılarının sıxılmış təbii qaz (CNG) ilə təmin olunmasını nəzərdə tutur. SOCAR “M-Gaz” vasitəsilə tələb olunan qaz həcmlərini “CNG Systems” şirkətinə tədarük edir, qaz isə xüsusi infrastrukturun qurulduğu Strumitsa şəhərinə çatdırılır. Layihə çərçivəsində Azərbaycan qazı altı uşaq bağçasını, səkkiz məktəbi, bir xəstəxananı, bir neçə bələdiyyə inzibati binasını, 400-dən çox ev təsərrüfatını və bir sıra sənaye müəssisələrini istilik və isti su ilə təmin edir.

Azərbaycanın Avropa bazarındakı mövqeyinin möhkəmləndirilməsi digər layihələrlə də davam etdirilir. Dekabrın 10-da SOCAR ilə Macarıstanın “MVM ONEnergy” şirkəti arasında Macarıstana 800 milyon kubmetr təbii qazın tədarükünə dair müqavilə imzalanıb. Müqavilə 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Eyni zamanda SOCAR Almaniyanın “SEFE” şirkətinə illik həcmi mərhələli şəkildə 15 teravatt-saata qədər artırılmaqla 10 illik müqavilə çərçivəsində qaz tədarükünə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabrda Bratislavada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata açıqlamasında dediyi kimi, bu gün zəngin qaz yataqlarımız bizə dünyanın bir çox ölkəsinə təbii qaz ixrac etməyə imkan verir.

 

“Azərbaycan qazını alan ölkələrin sayı on dördə çatıb. Biz boru kəməri ilə qazın aparıcı ixracatçısıyıq. Yeni qaz yataqlarının işlənməsi əlavə resurslar yaradacaq və təbii ki, həm Slovakiyaya, həm də qonşu ölkələrə daha böyük həcmdə Azərbaycan qazı tədarük etmək mümkün olacaq.

Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr təşkil edir ki, bunun da yarısı Avropa ölkələrinə nəql olunur. Bu gün səkkiz Avropa İttifaqı üzv dövləti Azərbaycan qazını almaqla enerji təhlükəsizliyini təmin edir”, – dövlət başçısı bildirib.

Avropanın təchizatın şaxələndirilməsi strategiyasında Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) mühüm rol oynayır. Avropa Komissiyasının məlumatına görə, TAP son beş ildə Azərbaycan qazı üçün etibarlı strateji marşrut yaradaraq Avropa İttifaqının riskli ənənəvi marşrutlardan asılılığını azaldıb. 2020-ci ilin sonlarından 2025-ci ilin noyabr ayınadək bu kəmər vasitəsilə təxminən 52,7 milyard kubmetr təbii qaz nəql olunub. Planlara əsasən, 2026-cı ildən etibarən TAP-ın ötürücülük qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılacaq.

Uzunmüddətli perspektivdə Azərbaycan qaz ixracının saxlanılması və genişləndirilməsi Abşeron yatağının işlənməsi, Azəri-Çıraq-Günəşli blokunda dərin qaz kəşfiyyatı və Ümid-Babək yatağı daxil olmaqla yeni hasilat layihələri hesabına təmin ediləcək. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı və strateji əhəmiyyətli enerji təchizatçısı kimi rolunu daha da gücləndirir.

Şimali Makedoniyaya Azərbaycan qazının tədarükünün başlanması ölkənin ixrac coğrafiyasının uğurla genişləndirilməsinin və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin növbəti nümunəsi kimi dəyərləndirilir.

TREND

Tags: Avropa enerji təhlükəsizliyiAzərbaycan qazıqaz bazarıqaz ixracıŞimali Makedoniya

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.