Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

1968-ci ildə Sovetlərdən təbii qaz almağa başlayan Avropa 2028-ci ilə qədər Rusiyadan mavi yanacaq idxalını tam dayandırmaq istəyir

19/12/2025
Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi
25
BAXIŞ
Share on FacebookShare on Twitter

Deniz Yaşayan, “Caspian Barrel” üçün Türkiyədən yazır 

Avropa Parlamenti 2025-ci ilin dekabrında Strasburqda keçirilən plenar iclasında Avropa İttifaqının Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalını mərhələli şəkildə dayandırmağı nəzərdə tutan qanunvericilik aktını qəbul edib. Qəbul olunmuş sənədə əsasən, Rusiyadan LNG idxalı 2026-cı ilin sonunadək, boru kəmərləri ilə həyata keçirilən təbii qaz idxalı isə 30 sentyabr 2027-ci il tarixindən etibarən tamamilə dayandırılacaq. Qanun Avropa Parlamentində səsvermədən sonra Aİ Şurasının təsdiq mərhələsinə keçəcək və Rəsmi Jurnalda dərc edildikdən sonra qüvvəyə minəcək. Qərar Rusiyanın Ukraynanı işğalından sonra Aİ-nin enerji siyasətində atdığı ən genişmiqyaslı və hüquqi baxımdan bağlayıcı addımlardan biri kimi qiymətləndirilir.

Avropa Parlamentinin rəsmi çərçivəsi

Avropa Parlamentində qəbul olunan bu tənzimləmə Aİ-nin Rusiyadan enerji asılılığını artıq sadəcə azaltmağı deyil, onu tamamilə aradan qaldırmağı hədəfləyən yanaşmanı əks etdirir. Parlament çoxluğu Rusiyanın təbii qazı xarici siyasət və təzyiq aləti kimi istifadə etdiyi fikrində birləşir. Bu çərçivədə qəbul edilən qanun yalnız kommersiya xarakterli enerji tənzimləməsi kimi deyil, eyni zamanda təhlükəsizlik və xarici siyasət aləti kimi nəzərdə tutulub.

AP-də aparılan müzakirələrdə Rusiyadan enerji idxalının davam etdirilməsinin Moskvanın müharibə iqtisadiyyatını dolayı yolla maliyyələşdirdiyi vurğulanıb. Parlamentin məruzəçiləri və bir çox deputatlar enerji idxalının kəsilməsini “Rusiyaya qarşı sanksiya siyasətinin çatışmayan halqası” kimi xarakterizə ediblər. Səsvermənin nəticələri də bu yanaşmanın Parlament daxilində geniş dəstək tapdığını göstərib.

Enerji asılılığından strateji qopuşa

Müharibədən əvvəl Aİ-nin təbii qaz idxalının təxminən 45 faizinin Rusiyadan təmin olunması bu qərarın niyə “tarixi” kimi qiymətləndirildiyini izah edir. 2022-ci ildən sonra tətbiq edilən məhdudiyyətlər, alternativ tədarük razılaşmaları və LNG idxalının artırılması sayəsində bu göstərici təxminən 12 faizədək azalıb. Lakin Parlamentin qəbul etdiyi yeni tənzimləmə mövcud faktiki azalmaları hüquqi və geri dönməz əsasda möhkəmləndirməyi hədəfləyir.

Bu baxımdan qərar Aİ-nin enerji siyasətində müvəqqəti böhran idarəçiliyindən daimi strateji istiqamət dəyişikliyinə keçdiyini göstərir. Enerji təhlükəsizliyi artıq təkcə tədarükün şaxələndirilməsi ilə deyil, siyasi asılılıqların tamamilə aradan qaldırılması ilə müəyyən olunur. Rusiya qazından imtina bu yanaşmanın ən aydın təzahürü kimi önə çıxır.

Üzv ölkələr arasındakı çatlar

Avropa Parlamentində səsvermə güclü çoxluqla qəbul edilsə də, qərarın Aİ daxilində bütün aktorlar tərəfindən eyni dərəcədə mənimsənildiyi deyilə bilməz. Xüsusilə hələ də Rusiya qazından yüksək səviyyədə asılı olan Mərkəzi Avropa ölkələri bu tənzimləməyə daha ehtiyatla yanaşırlar. Macarıstan və Slovakiya kimi ölkələr enerji təchizatı təhlükəsizliyi və qiymət sabitliyi arqumentlərini önə çəkərək addımın iqtisadi nəticələrinə diqqət çəkirlər.

Bu ölkələr üçün problem təkcə siyasi deyil, həm də infrastruktur xarakterlidir. Alternativ boru kəmərləri, LNG terminalları və saxlama imkanları baxımından məhdud potensiala malik olan bu dövlətlər Rusiya qazından çıxışın maliyyətini Aİ üzrə orta göstəricidən daha yüksək hiss edəcəklər. Bu vəziyyət qərarın icra mərhələsində Aİ daxilində yeni danışıqlara və mümkün istisna tələblərinə zəmin yarada bilər.

Rusiya baxımından mənası

Moskva nöqteyi-nəzərindən bu qərar Avropa ilə enerji üzərindən qurulmuş uzunmüddətli qarşılıqlı asılılıq modelinin rəsmi şəkildə sona çatması deməkdir. Rusiya onilliklər ərzində Avropa bazarını sabit və etibarlı gəlir mənbəyi kimi görmüş, enerji ixracını xarici siyasətinin əsas alətlərindən birinə çevirmişdi. Aİ-nin bu asılılığı tam kəsmək istiqamətində qərarı Rusiyanın enerji ixracını Asiya bazarlarına yönəltmə strategiyasını daha da sürətləndirə bilər.

Lakin Avropa bazarının həcmi və mövcud infrastrukturu nəzərə alındıqda, bu itkinin qısa müddətdə kompensasiya olunması çətin görünür. Bu səbəbdən qərar təkcə enerji ticarətinə deyil, Rusiyanın iqtisadi və geosiyasi manevr imkanlarına da birbaşa təsir göstərir.

Qeyri-müəyyənliklər və icra sualları

Tənzimləmənin qəbul olunması prosesin problemsiz gedəcəyi anlamına gəlmir. Ən mühüm qeyri-müəyyənliklərdən biri uzunmüddətli qaz müqavilələrinin necə ləğv ediləcəyi və ya uyğunlaşdırılacağıdır. Hüquqi mübahisələr, kompensasiya tələbləri və beynəlxalq arbitraj prosesləri qarşıdakı dövrdə Aİ-nin üzləşə biləcəyi risklər sırasındadır.

Bununla yanaşı, qlobal LNG bazarındakı dalğalanmalar, Yaxın Şərq və ABŞ mənbəli tədarükün davamlılığı, eləcə də enerji qiymətlərinin trayektoriyası bu qərarın iqtisadi nəticələrini müəyyən edəcək əsas amillər olacaq. Buna görə də qərar siyasi baxımdan aydın olsa da, texniki və iqtisadi cəhətdən hələ də kövrək əsas üzərində dayanır.

Nəticə: enerji siyasətindən kənar mesaj

Avropa Parlamentinin Rusiya qazına dair bu qərarı sırf enerji tənzimləməsi olmaqdan kənara çıxır. Qərar Aİ-nin Rusiya ilə münasibətlərində “köhnə normala dönüş” ehtimalını böyük ölçüdə bağlayan strateji mesaj daşıyır. Enerji asılılığı üzərində qurulmuş qarşılıqlı maraq balansı açıq siyasi və geosiyasi ayrışma ilə əvəz olunur.

Bu addım Avropanın yaxın illərdə daha bahalı, daha mürəkkəb, lakin siyasi baxımdan daha müstəqil enerji arxitekturasına yönəldiyini göstərir. Rusiya qazına vida prosesi Aİ-nin Ukrayna müharibəsindən sonra formalaşan yeni təhlükəsizlik və xarici siyasət anlayışının ən konkret və geri dönüşü çətin addımlarından biri kimi tarixə düşür.

 

Tags: Avropa BirliyiDeniz Yaşayanqaz ticarətiRusiya qazı

Eyni kateqoriyadan Digər materiallar

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Çinin İran neftinə qayıdışının mənası
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Uzbekistan became a net importer of natural gas in 2023
Rusiya

Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

27/05/2024
EU Fires Gazprom Warning Shot as Putin Plays Energy Politics
Rusiya

Rusiya 2023-cü ildə nə qədər qaz ixrac edib?

07/02/2024
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Maraqlı Xəbərlər

Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək

23/01/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.