İstismara verildiyi dövrdən bu ilin noyabrın 1-dək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat hasil edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bunun səbəbi “Ümid” yatağının kəşfinin 15 ilinin tamam olmasıdır.
Bildirilib ki, yataqdan gündəlik olaraq orta hesabla hasilat 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edilr.
Xatırladaq ki, “Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə “Şahdəniz”dən sonra kəşf edilən ikinci qaz-kondensat yatağıdır. 2011-ci ildə isə Azərbaycanın üçüncü qaz-kondensat yatağı – “Abşeron” kəşf edilib.
Nazirlik qeyd edir ki, “Ümid” adını doğruldaraq Azərbaycanın enerji̇ təhlükəsizliyinə güc qatmağa davam edir.
Xatırladaq ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. Yataq 2012-ci ildə istismara verilib. Yatağın istismarı ilə “Umud-Babek Operating Company” (UBOC) əməliyyat şirkəti məşğul olur. UBOC-un səhmlərinin 80%-i SOCAR-a, 20%-i isə Nobel Upstream şirkətinə məxsusdur.












