Cümə, Dekabr 5, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu ilin noyabr ayında “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bu agentlik tərəfindən ilk dəfə Ətraf mühit, Sosial və İdarəetmə (ESG) reytinqi təqdim edib və şirkətin ümumi göstəricisini “3” səviyyəsində qiymətləndirib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu nəticə SOCAR-ın ESG istiqamətləri üzrə sabit və yetkin fəaliyyətini əks etdirir, həmçinin şirkətin güclü risklərin idarəedilməsi bacarığına əlavə olaraq emissiyaların azaldılması hədəflərini ətraf mühitə təsir, müxtəliflik və idarəetmədə şəffaflıq sahələrində də mövcud çağırışlarla balanslaşdırmaq bacarığını nümayiş etdirir.

Şirkətin dekarbonizasiya hədəfləri, sosial profilinin sabitliyi və effektiv risklərin idarəetmə sistemi reytinqin verilməsində əsas amillər kimi qeyd olunub. Bununla yanaşı, SOCAR-ın beynəlxalq ESG hesabatlılığına inteqrasiya prosesi reytinqin alınmasına müsbət təsir göstərən əsas məqamlardandır. “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyinin bu qiymətləndirməsi SOCAR-ın dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri və şirkətin uzunmüddətli strateji hədəflərinin beynəlxalq investorların gözləntiləri ilə uyğunluğunu əks etdirir.

Xatırladaq ki, SOCAR ötən il öz ESG hədəflərinə sadiqliyini nümayiş etdirərək “MSCI” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub.

Eyni zamanda, neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi SOCAR-ın tarixində ilk dəfə olaraq iki investisiya oluna bilən kredit reytinq (“Fitch” reytinq agentliyindən “BBB-” və “Moody`s” reytinq agentliyindən “Baa3”) dərəcəsi əldə etməsinə təkan verib.

Qeyd edək ki, “Sustainable Fitch Ratings” qlobal səviyyədə bütün aktiv bazarlara Ekoloji, Sosial və İdarəetmə (ESG) göstəricilərinin qiymətləndirilməsi üçün həll təqdim edir və beynəlxalq maliyyə bazarlarında daha dəqiq və məlumatlı qərarlar qəbul edilməsində kömək edir.

“Sustainable Fitch Ratings” təşkilatın ekoloji və sosial amilləri öz biznesinə, strategiyasına və idarəetməsinə inteqrasiya etmə səviyyəsini, eləcə də ümumi fəaliyyətini, öhdəliklərini və idarəetmə effektivliyini qiymətləndirir. Reytinqlər “1”-dən “5”-ə qədər şkala üzrə təqdim olunur (burada “1” ən yüksək, “5” isə ən aşağı göstəricidir).

“Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi-nin tam açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.sustainablefitch.com/corporate-finance/sustainable-fitch-affirms-socar-entity-rating-at-3-11-11-2025

Tags: FitchreytingSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR launches first fast charging station for electric trucks in Switzerland
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.