Çərşənbə axşamı, Dekabr 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
SOCAR launches first fast charging station for electric trucks in Switzerland
13
BAXIŞ
Share on FacebookShare on Twitter

“S&P Global Ratings” tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) verilən “BB” uzunmüddətli emitent reytinqi son səkkiz il ərzində şirkət üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, “S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini “BB” səviyyəsinə yüksəldib.

SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin artırılmasını təmin edib.

Son illərdə enerji bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, SOCAR-ın ardıcıl dörd il müsbət sərbəst pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi bu nəticələrin əldə olunmasını imkan yaradıb. S&P tərəfindən verilmiş “sabit” proqnoz SOCAR-ın mövcud maliyyə göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı əks etdirir.

Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının effektivliyini təsdiqləyir. Bu kompleks tədbirlərin nəticəsində şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq “investisiya oluna bilən səviyyə” kredit reytinqinə – “BBB-” (“Fitch Ratings”) və “Baa3” (Moody”s) – layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital bazarlarında maliyyə sabitliyinin və etibarlılığının göstəricisidir.

Alternativ maliyyə resurslarına çıxışı asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya fondları ilə əməkdaşlıq etməyi, həmçinin “Yaşıl” və “dayanıqlı” maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları üzrə MSCI şirkəti tərəfindən “BBB” ilkin reytinqi əldə edən ilk şirkətdir. Bu reytinq SOCAR-ın əksər milli neft şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu göstərir. Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır.

Qeyd edək ki, “S&P Global Ratings” qlobal kapital bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin reytinqləri investorlar və maliyyə institutlarının qərarları və borclanma planları üzərində birbaşa təsirə malikdir.

Tags: reytinqS & P Global RatingsSOCAR

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.