Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
34
BAXIŞ
Share on FacebookShare on Twitter

BP şirkəti iki mərhələli seysmik tədqiqatlar aparıldıqdan sonra “Qarabağ” yatağının mənimsənilməsi proqramının hazırlanmasına başlayacaq.

Bu barədə “Report”a BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi ilə bağlı risk servis sazişi üzrə operatordur.

B.Aslanbəyli qeyd edib ki, il ərzində şirkət yataq üzrə hazırlıq işlərini həyata keçirib və ilin sonundan başlayaraq genişmiqyaslı seysmik proqram reallaşdırılacaq:

“Bu seysmik proqram iki hissədən ibarətdir. Bunlardan biri dəniz dibi sensor qovşaqlardan istifadə edilməklə həyata keçiriləcək seysmik proqramdır. Digəri isə yüksək dəqiqlik və ultrayüksək həssaslıqlı sensorlarla aparılan seysmik proqram olacaq. Birinci seysmik proqram dekabrda başlayacaq və üç yarım – dörd ay davam edəcək”.

Onun sözlərinə görə, ikinci proqram birincisi başa çatdıqdan sonra (təxminən mart-aprel aylarında) başlayacaq və 45 gün davam edəcək.

“Nəticədə, birinci seysmik proqramın nəticələrinə əsasən yataq haqqında geniş məlumatlar əldə etməyi, həmçinin geoloji qatların vəziyyəti haqqında mövcud məlumatlarımızı dəqiqləşdirməyi planlaşdırırıq. İkinci proqram isə mövcud riskləri qiymətləndirməyə və işlənmə proqramının həyata keçirilməsi və platformaların quraşdırılması zamanı gələcəkdə yarana biləcək potensial riskləri əvvəlcədən müəyyən etməyə imkan verəcək. Yalnız bundan sonra yatağın işlənmə proqramı hazırlanacaq, Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) tərəfdaşlara təqdim ediləcək və təsdiqlənməsindən sonra bu proqramın həyata keçirilməsi üzrə işlərə başlanacaq. Vacib məqam odur ki, “Qarabağ” yatağında hasilat “Azəri-Çıraq-Günəşli” yatağının artıq mövcud olan infrastrukturu ilə əlaqələndiriləcək, onun həm ixrac boru kəməri şəbəkəsindən, həm də mövcud hasilat infrastrukturundan istifadə edərək vahid sistem yaradacaq”, – B.Aslanbəyli bildirib.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP SOCAR ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb. Birinci layihə Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən “Qarabağ” yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli “Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) blokudur.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.

İlkin hesablamalara görə, “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, “Qarabağ” dəniz neft yatağında pik hasilat sutkada 7,5 milyon barel, illik hasilat isə pik nöqtədə 2,7 milyard bareldən çox olacaq.

Tags: BP AzerbaijanBəxtiyar Aslanbəyli“Qarabağ” yatağı

Eyni kateqoriyadan Digər materiallar

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Azərbaycan

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

17/02/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
BP: платформы на Каспии не будут остановлены на ремонт в 2023г
Azərbaycan

BP ilin sonuna qədər AÇG-dən təbii qaz hasilatına başlamağı planlaşdırır

28/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.