Çərşənbə, Avqust 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
36
BAXIŞ
Share on FacebookShare on Twitter

Xəzər regionu gələcək onilliklər ərzində daha geniş bir coğrafiya üçün qlobal enerji habına çevrilməlidir.

“Report”un məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən “Xəzər Texniki Konfransı SPE-2025″də bildirib.

“Bu, uzunmüddətli baxış və missiyadır. Niyə belə deyirəm? Reallıq budur ki, dünyaya karbohidrogenlər lazımdır. BP bu yaxınlarda “Energy Outlook”u dərc edib. Əgər qlobal tələbatın cari trayektoriyasına baxsaq, 2050-ci ilə qədər dünyaya bu gündən təxminən 10 % daha çox enerji lazım olacaq və bu həcmin təxminən yarısı neft və qazın payına düşəcək. Hətta temperatur artımının iki dərəcə ilə məhdudlaşdırıldığı ssenariyə əsasən, enerji tələbatı bugünkü təlabatın üçdə ikisi səviyyəsində qalacaq və onun üçdə biri hələ də neft və qaz tərəfindən təmin ediləcək. Bu faktdır: dünyaya hələ onilliklərlə karbohidrogenlər lazımdır”, – C.Kristofoli qeyd edib.

O vurğulayıb ki, məhz buna görə region inkişaf etməli və Avropa ilə Asiya arasında geniş məkan üçün enerji habı olaraq qalmalıdır: “Cari infrastruktura baxın: Xəzərin resurslarını dünyanın ən böyük bazarlarından birinə – Avropaya çatdıran boru kəmərləri şəbəkəmiz var. Bu yaxınlarda mən Brüsseldə sənayemizin maraqları naminə vəkillik məsələləri ilə əlaqədar olmuşam. Orada birbaşa etiraf edirlər ki, Avropaya uzun illər qaz lazımdır. Bu anlayış getdikcə daha aydın olur. Bizim sabit təchizatı təmin edən güclü infrastrukturumuz var”.

C.Kristofoli qeyd edib ki, Xəzərin ən vacib üstünlükləri təkcə infrastruktur deyil, həm də insanlardır: “İxtisaslı kadrlar, onların səriştələri, universitetlərlə əməkdaşlıq – regiona nəhəng enerji habı olmaq üçün böyük potensial verən fundamental amillərdir”.

Bundan əlavə, o təchizat zəncirində tərəfdaşlıqların rolunu və yeni əməkdaşlıq formatlarına marağı vurğulayıb: “Biz təchizatçılarla yeni şəkildə işləmək, alyanslar yaratmaq istəyini müşahidə edirik. Vacib məqam – yeni texnologiyaları tətbiq etmək istəyidir. İnsanlar, infrastruktur, hökumətin dəstəyi və enerjiyə uzunmüddətli ehtiyac – bütün bunlar Xəzərin gələcək onilliklər boyunca enerji mərkəzi kimi gələcək baxışını formalaşdıran əsaslardır”.

Tags: BPBP AzerbaijanCovanni KristofolikonfransSPE

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.