Çərşənbə, Sentyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" yatağının işlənməsi üzrə Risk Xidmət Sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi podearçılar adından hazırlanıb

20/10/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
64
BAXIŞ
Share on FacebookShare on Twitter

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə Risk xidmət sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Qarabağ layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı podratçı tərəflərin adından hazırlanıb və dərc edilib.

Sənəddə proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi verilir, onunla əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirlər araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMTQ prosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

Qarabağ layihəsi üzrə seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. OBN tədqiqatının 2025-ci ilin dekabrında başlayacağı və 3,5 ayadək davam edəcəyi planlaşdırılır. HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur. OBN seysmik tədqiqatın yataq haqqında daha dərin məlumatların əldə olunmasına, quyuların planlaşdırılmasına və yatağın işlənmə strategiyalarının təkmilləşdirilməsinə imkan yaradacağı gözlənilir. HR/UHR seysmik tədqiqatın əsas məqsədi quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə törədə biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin birgə fikirlərinin layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin edir.

ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və aşağıdakı link və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə bilər:

Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/Qarabag-layihesi.html

 

İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/Karabakh-project.html

 

Qarabağ layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və linki 17 oktyabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

  • bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153
  • F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
  • Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

  • doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya
  • doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud
  • doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

ƏMTQ sənədinin açıqlanma müddəti 15 noyabr 2025-ci il tarixinədəkdir.

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.

Tags: BPsənədƏMTQ“Qarabağ” yatağı

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.